Dövlət Xidməti mədəni irs üzrə ən yaxşı data innov...
22:18 20.04.2026
0
0
0
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən şahmatçılar iyulun 14-dən etibarən Türkiyənin müxtəlif şəhərlərində start götürən liqa yarışları və turnirlərdə iştirak ediblər. Təmsilçilərimizdən 1-i I Liqada, 4-ü II Liqada, 2-si isə beynəlxalq turnirdə mükafatçı yerlər uğrunda mübarizə aparıblar. Onlardan ikisi istəyinə nail olub.
Bundan öncəki illərdə Türkiyənin müxtəlif bölgələrində uğurlu nəticələrə imza atan istedadlı şahmatçılarımız Hüseyn Qənbərli bu dəfə Ankaranın Çubuk bölgəsində keçirilən “Çubuk Belediyesi Uluslararası Açık Satranç Turnuvası” adlı beynəlxaq yarışda iştirak edib. 9 ölkədən 400-dən çox idmançının qatıldığı yarışda təmsilçimiz “C” kateqoriyasında görüşlər keçirib. 9 turdan 7.5 xal toplayan idmançımız eyni göstəriciyə malik türkiyəli Ahmet Gürkanla şəxsi görüşün nəticəsinə görə ümumi sıralamada ikinci olub. Bununla da Hüseyn beynəlxalq turnirin gümüş medalına layiq görülüb.
Təcrübəli şahmatçımız, beynəlxalq usta Pərviz Qasımov isə “Seyhan Belediye Spor Kulübü” komandasının heyətində Dənizli şəhərində təşkil olunan Türkiyə II Liqasında çıxış edib. Komandası 11-ci olsa da, Pərviz 7 xallıq göstərici ilə 1-ci masada ikinci, üçüncü (əmsala görə 3-cü) yerləri bölüşüb. Buna görə təmsilçimiz fərdi qaydada mükafatlandırılaraq bürünc medala layiq görülüb. Bundan başqa, “Referans Türk” xəbər portalı şahmatçımızın çıxışını şərh edərək onu yarışın ən uğurlu iştirakçılarından biri kimi dəyərləndirib.
Digər xəbərlər