NAXÇIVAN :

10 Sentyabr 2026, Cümə axşamı

Nazir: Humanist yanaşma Azərbaycanın beynəlxalq inkişaf əməkdaşlığı siyasətinin tərkib hissəsidir

...

Humanist yanaşma Azərbaycanın beynəlxalq inkişaf əməkdaşlığı siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Azərbaycan, həmçinin hökumətlərarası təqaüd proqramları və digər ikitərəfli mexanizmlər vasitəsilə xarici tələbələr üçün əlavə təhsil imkanları yaradır.

"Şərq qapısı" xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev Beynəlxalq İnkişafa Yardım Agentliyinin təsis edilməsinin 15-ci ildönümünə həsr olunmuş konfransda söyləyib.

O bildirib ki, bu proqramlar çərçivəsində Çin, Macarıstan, Mərakeş, Özbəkistan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Rumıniyadan olan tələbələr Azərbaycanda təhsil alırlar. Bununla yanaşı, ikitərəfli sazişlər əsasında Ruanda, Somali və İordaniyadan olan tələbələr üçün də Azərbaycanda ali təhsil imkanları təqdim edilir.

Nəşr edilib : 10.09.2026 11:19