Sentyabrın müavinət, təqaüd və ünvanlı sosial yard...
17:44 25.09.2026
0
0
0
Azərbaycanın nəqliyyat-logistika infrastrukturuna son 50 ildən artıq müddətdə böyük investisiyalar yatırılıb.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Orta Dəhliz: Ticarət, sənaye və əlaqə potensialının açılması” mövzusundakı panel müzakirəsində deyib.
O bildirib ki, bu istiqamətdə əsas layihələrdən biri paytaxt Bakıdan 30 kilometr məsafədə yerləşən Ələt ərazisində həyata keçirilir.
“Burada Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası, dəmir yolu və avtomobil yolları, eləcə də yeni hava limanı nəqliyyat-logistika və istehsal imkanlarını vahid platformada birləşdirir.
Cari ilin ilk səkkiz ayında Azərbaycana daxil olan tranzit yüklərin həcmi təxminən 10 milyon ton təşkil edib”,- deyə o qeyd edib.
Nazir müavini Azərbaycanın hava nəqliyyatı infrastrukturunun da genişləndirildiyini vurğulayıb. Onun sözlərinə görə, hazırda ölkədə doqquz beynəlxalq hava limanı fəaliyyət göstərir və son beş ildə onların üçü işğaldan azad edilmiş ərazilərdə inşa olunub: “Azərbaycanın nəqliyyat dəhlizi kimi rəqabət qabiliyyətinin təmin olunması yalnız infrastrukturun inkişafından asılı deyil. Bunun üçün marşrut boyunca yerləşən ölkələrin siyasət və prosedurlarını əlaqələndirməsi, qonşu dövlətlərlə möhkəm tərəfdaşlıq qurması vacibdir”.
Digər xəbərlər