Muxtar Babayev: Yeni NDC-lər yaşıl investisiyalar ...
21:54 26.06.2025
0
0
0
NAXÇIVAN :
26 Iyun 2025, Cümə axşamı
“Aqrar sahə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında mühüm yer tutur və əhalinin məşğulluğunun təmin olunmasında əsas sahələrdən biridir. Bu səbəbdən dövlət tərəfindən kənd təsərrüfatına xüsusi qayğı göstərilir, mütəmadi dəstək tədbirləri həyata keçirilir. Son dövrlərdə bu sahədə artım templəri müşahidə olunmaqdadır. Belə ki, 2025-ci ilin yanvar-may aylarında bitkiçilik məhsullarının istehsalında 4,5 faiz artım qeydə alınıb”.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Rafail Quliyev muxtar respublika üzrə mövsümün taxıl biçininə başlanılması ilə bağlı jurnalistlərə müsahibəsində deyib.
Nazir qeyd edib ki, yazlıq əkin sahələrinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz artıb. Ümumilikdə, kənd təsərrüfatı məhsulları muxtar respublikanın ümumi daxili məhsul istehsalının 14 faizini təşkil edir ki, bu da sahənin iqtisadi əhəmiyyətini bir daha göstərir. Kənd təsərrüfatında taxılçılıq xüsusi yer tutur və bu sahədə məhsuldarlığın artırılması istiqamətində tədbirlər həyata keçirilməkdədir.
"2025-ci ilin məhsulu üçün muxtar respublika üzrə 17 582,6 hektar sahədə taxıl əkilib. Əkin sahələrinin 8 275,7 hektarında buğda, 9 306,9 hektarında isə arpa becərilib. Ərazilərin 14930 hektarı suvarılan sahələrdir, 2 600 hektardan çox hissəsi isə dəmyə torpaqlardır. Taxıl biçini prosesinin daha səmərəli təşkili məqsədilə Kənd Təsərrüfatı Nazirliyi nəzdində Mərkəzi Qərargah yaradılıb. Biçin kampaniyasına 77 ədəd saz vəziyyətdə kombayn cəlb olunub. Şahbuz rayonu istisna olmaqla bütün rayonlarda taxıl biçininə artıq başlanılıb. Bu günə qədər 2 423,3 hektar sahədə biçin işləri aparılıb. Ən yüksək məhsuldarlıq isə hazırda Şərur rayonunda müşahidə olunur, burada məhsuldarlıq 31,2 sentner təşkil edir", – deyə Rafail Quliyev əlavə edib.
Digər xəbərlər