Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq
12:49 02.09.2026
0
0
0
NAXÇIVAN :
02 Sentyabr 2026, Çərşənbə
Noyabrın 13-14-də Naxçıvan şəhərində Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə görkəmli Azərbaycan memarı, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin anadan olmasının 900 illiyinə həsr olunmuş “İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək.
"Şərq qapısı" xəbər verir ki, Əcəmi Naxçıvaninin anadan olmasının 900 illiyi UNESCO-nun 2026-cı il üzrə yubileylər proqramına daxil edilib. Eyni zamanda yubileyin qeyd olunması ilə bağlı Azərbaycan Respublikası Prezidenti müvafiq Sərəncam imzalayıb.
Beynəlxalq elmi konfransda Əcəmi Naxçıvani irsi və Naxçıvan memarlıq məktəbi, İpək Yolu üzərində şəhərsalma mədəniyyəti, orta əsr Azərbaycan memarlığı və urbanistik ənənələr, Naxçıvanın tarixi-memarlıq abidələri, Möminə xatun məqbərəsi və Yusif ibn Küseyir türbəsinin memarlıq xüsusiyyətləri, Atabəylər dövründə şəhərsalma və mədəni mühit, memarlıq ornamentləri, kitabələr və epiqrafik mənbələr, mədəni irsin qorunması, bərpası və rəqəmsallaşdırılması, orta əsr memarlığı və arxeologiya kimi istiqamətlər üzrə məruzələr təqdim olunacaq.
Konfrans çərçivəsində, həmçinin Azərbaycan memarlığının Şərq və dünya memarlığı kontekstində yeri, İpək Yolu şəhərlərində memarlıq əlaqələri və mədəni mübadilə, eləcə də mədəni turizm və tarixi irsin beynəlxalq səviyyədə tanıdılması məsələləri müzakirə ediləcək.
Tədbirin tarix, memarlıq, şəhərsalma, sənətşünaslıq, mədəni irs, turizm, arxeologiya, regionşünaslıq və digər əlaqəli sahələr üzrə fəaliyyət göstərən alim və tədqiqatçıları, ali təhsil müəssisələrinin professor-müəllim heyətini, doktorantları, magistrantları və mütəxəssisləri bir araya gətirməsi nəzərdə tutulur.
Konfransa təqdim edilən elmi məruzələr Elmi Komitə tərəfindən anonim ekspertiza əsasında qiymətləndiriləcək. Qəbul edilən məqalələr ISBN nömrəsi ilə nəşr olunacaq konfrans materialları toplusunda dərc ediləcək.
Konfransda iştirak etmək və ətraflı məlumat əldə etmək istəyənlər konfrans.ndu.edu.az internet səhifəsinə müraciət edə bilərlər. Əlaqə telefonu: (+994) 60 205-11-00
Digər xəbərlər