Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər...
19:29 20.05.2025
0
0
0
"Şərq qapısı" xəbər verir ki, 16-17 may tarixlərdə Özbəkistan Respublikasının Səmərqənd şəhərində keçirilən "Tələbələrin və gənc tədqiqatçıların 79-cu elmi-praktiki konfransı"nda Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev ilə Pekin Çin Tibb Universitetinin (Beijing University of Chinese Medicine – BUCM) prezidenti, professor Tang Zhishu arasında görüş keçirilib.
Görüşdə Naxçıvan Dövlət Universiteti ilə Pekin Milli Çin Tibb Universiteti arasında Tibb sahəsi üzrə qarşılıqlı əməkdaşlığın qurulması haqqında müzakirələr aparılıb.
Qeyd edək ki, Pekin Milli Çin Tibb Universiteti (Beijing University of Chinese Medicine – BUCM) 1956-cı ildə Çində ən erkən qurulan ənənəvi Çin təbabəti üzrə ali təhsil müəssisələrindən biri kimi yaradılıb. Əvvəlcə Pekin Çin Tibb Kolleci (Beijing College of Chinese Medicine) adı ilə tanınan bu universitet 1963-cü ildə hazırkı adını alıb. 2000-ci ildə Pekin Akupunktura, Ortopediya və Travmatologiya Kolleci ilə birləşərək Çin Təhsil Nazirliyinin birbaşa nəzarətində olan prioritet universitet statusu qazanıb.
Digər xəbərlər