NAXÇIVAN :

21 Iyul 2026, Çərşənbə axşamı

Neft qiymətləri ucuzlaşır

...

Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.

"Şərq qapısı" xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,84 dollar azalaraq 88,38 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,39 dollar ucuzlaşaraq 82,84 dollar təşkil edib.

Nəşr edilib : 21.07.2026 09:58