Bolqarıstanın Müdafiə Nazirliyinin nümayəndə heyət...
15:39 07.09.2026
0
0
0
Bakı İqlim Fəaliyyəti Həftəsi (Baku Climate Action Week – BCAW) bu il üçüncü dəfə Azərbaycanın paytaxtında keçirilir. 2024-cü ildə yeni təşəbbüs kimi başlayan Bakı İqlim Həftəsi artıq davamlı platformaya çevrilib.
"Şərq qapısı" xəbər verir ki, bunu Milli Məclisin deputatı, COP29-un iqlim üzrə yüksəksəviyyəli çempionu və BCAW layihəsinin rəhbəri Nigar Arpadarai “Bakı İqlim Həftəsi 2026”nın açılış mərasimində deyib.
O bildirib ki, ötən il keçirilən tədbirlər çərçivəsində 46-dan çox sessiya təşkil olunub və 30-dan artıq mövzu müzakirə edilib. “Bu il isə ambisiyamızı daha da artırırıq. Növbəti beş gün ərzində iqlim məsələləri ilə bağlı Bakıda mühüm müzakirələr aparılacaq”, – deyə N.Arpadarai qeyd edib.
Onun sözlərinə görə, BCAW2026 çərçivəsində yaşıl enerji keçidinin sürətləndirilməsi, innovasiya və regional əməkdaşlıq, metan emissiyalarının azaldılması, iqlim maliyyəsi, karbon bazarları, Xəzər dənizinin və su ehtiyatlarının qorunması, şəhərlərin gələcəyi, gənclərin iqlim fəaliyyətində iştirakı, eləcə də moda və idmanda dayanıqlılıq kimi məsələlər müzakirə olunacaq.
N.Arpadarai vurğulayıb ki, iqlim fəaliyyəti yalnız danışıqlar masası ilə məhdudlaşmamalı, həyatın bütün sahələrini əhatə etməlidir.
Digər xəbərlər