NAXÇIVAN :

28 Oktyabr 2026, Çərşənbə

Nihal Saad: Azərbaycan dinc yanaşı yaşamanın, mədəni müxtəlifliyin uzunmüddətli ənənəsini yaşadır

...

İki ildən artıq müddətdir ki, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC) siyasətçilərə qarşılıqlı hörməti gücləndirmək üçün dini aktorlar, inanca əsaslanan təşkilatlar, gənclər və digər müvafiq maraqlı tərəflərlə effektiv şəkildə əməkdaşlıq etməyə kömək etmək üçün dialoq üçün qlobal platforma təmin edir.

"Şərq qapısı" xəbər verir ki, bunu alyansın direktoru Nihal Saad oktyabrın 28-də Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində UNAOC və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı keçirilən “Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi” adlı plenar sessiyada çıxış edərkən deyib.

"Bugünkü sessiya çağırışlar, mədəniyyətlər, inanc icmaları və sivilizasiyalar arasında qütbləşmə və parçalanmaların qlobal kontekstini əks etdirmək üçün imkan yaradacaq. Ev sahibi ölkə olaraq Azərbaycan dinc yanaşı yaşamanın, mədəni müxtəlifliyin uzunmüddətli ənənəsini və bu sessiyanın məqsədinin münaqişələr və böhranlar zamanı mənftəətsiz diplomatiyanın mənalı şəkildə istifadəsi üçün yol xəritəsini müəyyənləşdirmək, sülh, ləyaqət və ədalət arzusu ilə insan qürurunun ən dərin istəklərinə müraciət etməklə dövlətlərin və beynəlxalq təşkilatların işini tamamlayan çərçivə gətirir", - deyə N.Saad deyib.

Nəşr edilib : 28.10.2026 14:13