Milli Kitabxanada Beynəlxalq Sülh Gününə həsr olun...
12:28 21.09.2026
0
0
1
Qubadlı şəhərində ilk yaşayış kompleksinin tikinti işləri sürətlə davam edir. Yaşayış kompleksinin ümumi ərazisi isə 3.34 hektardır.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Qubadlı şəhərində həyata keçirilən bərpa-quruculuq işləri ilə tanışlıq məqsədilə təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlaması zamanı Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov deyib.
O qeyd edib ki, yaşayış kompleksi 21 binadan, 176 mənzildən ibarət olacaq. “Mənzillər əsasən 2 və 3 otaqlıdır. Yaşayış kompleksinin ərazisində oyun meydançaları, yaşıllıq ərazi, yerüstü və yeraltı dayanacaqların inşası nəzərdə tutulub. Həmçinin yaşayış kompleksinin ərazisində iki qeyri-yaşayış binasının da tikintisi planlaşdırılır”, - deyə icraçı direktor vurğulayıb.
Növrəs Cəfərov əlavə edib ki, bu ilin sonuna qədər Qubadlı şəhərində ikinci yaşayış kompleksinin də layihələndirmə işləri yekunlaşacaq və tikinti işlərinə başlanılacaq.
Digər xəbərlər