NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Novruz və Ramazan bayramları ilə əlaqədar məktəblərdə tətil başlayır

...

Novruz və Ramazan bayramları ilə əlaqədar martın 20-dən ümumi təhsil müəssisələrində tətil başlayır.

"Şərq qapısı" xəbər verir ki, bu barədə MÜTDA-dan məlumat verilib.

Bildirilib ki, istirahət günlərindən sonra altıgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində ilk dərs günü 28 mart, beşgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə bayramdan sonra ilk dərs günü 31 mart tarixinə təsadüf edəcək.

Nəşr edilib : 19.03.2026 16:43