NAXÇIVAN :

19 May 2025, Bazar ertəsi

Ölkənin bəzi yerlərində küləkli və yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA

...

Ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

"Şərq qapısı" xəbər verir kiŞ, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda Qusarda 24 (Şahdağ), Goranboyda 23, Naftalanda 22, Şirvan və Gəncədə 20, Kəlbəcərdə 19, Tərtərdə 18, Culfada 16, Şəmkir, Biləsuvar, Tovuz və Ağstafada 15 m/s-dək güclənir.

Kəlbəcər, Laçın, Quba, Xaltan, Şabran və Qusarda isə arabir yağış yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 23, Aran rayonlarında 29, Naxçıvan MR-da 32, dağlıq rayonlarda 20 dərəcəyədək isti qeydə alınır.

Nəşr edilib : 19.05.2025 17:43