Yuri Qusev: Azərbaycanla kənd təsərrüfatı sahəsind...
13:42 16.09.2026
0
0
0
NAXÇIVAN :
16 Sentyabr 2026, Çərşənbə
Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon rəhbərliyi, Prezident Administrasiyasının məsul şəxsi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri, Rayon İcra Hakimiyyətində yaradılmış qərargahın üzvlərinin, həmçinin zona müşavirəsində təşəbbüsləri səsləndirilmiş sahibkarların iştirakı ilə görüş keçirilib.
"Şərq qapısı" xəbər verir ki, görüş zamanı Dövlət Proqramında qarşıya qoyulmuş vəzifələrin Ordubad rayonunda icrası, rayonun aqrar potensialının genişləndirilməsi, müasir və intensiv kənd təsərrüfatı texnologiyalarının tətbiqi, istehsal həcminin və məhsuldarlığın artırılması, eləcə də kənd təsərrüfatının inkişafı üçün mövcud imkanlardan səmərəli istifadə məsələləri müzakirə olunub. Aqrar sahədə fəaliyyət göstərən sahibkarların qarşılaşdıqları problemlər, onların həlli yolları və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə fikir mübadiləsi aparılıb.
Sonra təsərrüfat subyektlərində görülən işlərlə yerində tanış olmaq məqsədilə baxış keçirilib. Baxış zamanı intensiv bağçılıq, quşçuluq, istixana təsərrüfatı, heyvandarlıq və konserv məhsullarının istehsalı sahələrinə diqqət yetirilib, təsərrüfat sahiblərinin qarşılaşdıqları problemlər dinlənilib. Təsərrüfat sahiblərinə Dövlət Proqramının məqsəd və vəzifələri, aqrar sahənin inkişafı ilə bağlı nəzərdə tutulan tədbirlər, tətbiq olunan subsidiya mexanizmləri və dövlət dəstəyi imkanları barədə məlumat verilərək mövcud imkanlardan səmərəli istifadə, istehsal həcminin və məhsuldarlığın artırılması, müasir aqrotexniki yanaşmaların tətbiqi, istehsal proseslərinin təkmilləşdirilməsi və yeni istehsal sahələrinin yaradılması istiqamətində müvafiq tövsiyələr verilib.
Digər xəbərlər