NAXÇIVAN :

16 Sentyabr 2026, Çərşənbə

Yuri Qusev: Azərbaycanla kənd təsərrüfatı sahəsində tərəfdaşlıq ərzaq təhlükəsizliyini möhkəmləndirəcək

...

Azərbaycan və Ukrayna kənd təsərrüfatı və aqrar-sənaye kompleksi sahəsində əməkdaşlığın perspektivli istiqamətlərini müzakirə ediblər.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovla görüşün yekunlarına dair "Facebook" sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, ərzaq və təhlükəsizlik sahəsindəki qlobal problemlər fonunda kənd təsərrüfatı sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.

Səfir qeyd edib ki, gündəliyin əsas mövzuları Ukrayna və Azərbaycan arasında kənd təsərrüfatı və aqrar-sənaye kompleksi sahəsində əməkdaşlığın perspektivli istiqamətləri olub. Tərəflər həmçinin konkret birgə layihələrin həyata keçirilməsinə, investisiya əməkdaşlığının inkişafına, təcrübə mübadiləsinə və müasir texnologiyaların tətbiqinə xüsusi diqqət yetiriblər.

"Ukrayna və Azərbaycan tərəfdaşlığın daha da dərinləşdirilməsi üçün ticarət və investisiyalardan tutmuş birgə istehsal və innovativ layihələrə qədər əhəmiyyətli potensiala malikdir", - diplomat yazıb.

Qusev kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafının iki ölkənin iqtisadi sabitliyinin və ərzaq təhlükəsizliyinin güclənməsinə kömək etdiyinə əmin olduğunu bildirib.

Nəşr edilib : 16.09.2026 13:42