Azərbaycan və İran gömrük xidmətləri tranzit daşım...
18:25 30.07.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Ordubad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Kiberhücumlara qarşı mübarizə və təhlükəsizlik tədbirləri” mövzusunda tədbir keçirilib.
Tədbirdə mövzu ilə bağlı çıxış edənlər kiberhücumların şəxslərə, bizneslərə və təşkilatlara böyük zərər verə biləcək ciddi təhdidlər olduğunu və bu hücumların həssas məlumatların oğurlanmasına, məlumatların məhv edilməsinə və ya sistemlərin pozulmasına səbəb yaratdığını bildiriblər. Həmçinin çıxışlarda kiberhücumların növləri haqqında məlumatlı olmaq və qabaqlayıcı tədbirlər görmək bu təhdidlərin qarşısını almağa, kiber təhlükəsizliyi gücləndirməyə köməklik edə biləcəyi də vurğulanıb.
Mövzu ilə bağlı Baş Prokurorluq tərəfindən hazırlanmış videoçarx nümayiş olunub.
Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Digər xəbərlər