Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Fakti...
12:10 03.10.2026
0
0
0
“Ordunun Səsi Radiosu" 2024-cü ildə - Zəfər Günündə 44 dəqiqəlik verilişlə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin 105 FM dalğasında yayımlanaraq radio olmaq yolunda ilk addımlarını atmağa başlayıb.
Müdafiə Nazirliyindən (MN) bildirilib ki, sonrakı mərhələdə həftə ərzində baş verən hadisələrin xronikası, daha sonra isə “Vətənin keşiyində” müsahibəli veriliş də həmin radiodalğada dinləyicilərə təqdim olunub.
2025-ci il oktyabrın 3-dən etibarən isə “Ordunun Səsi Radiosu" “YouTube” platformasında müstəqil radio kimi fəaliyyətə başlayıb.
Həftənin beş günü, beş saatlıq canlı yayımla efirə çıxan radio bir il ərzində müxtəlif mövzuları əhatə edən rubrika və verilişləri, əlamətdar günlərə həsr olunmuş tematik materialları dinləyicilərə təqdim edib.
“Yaşayan qəhrəmanlar”, “Savaşın bir anı”, “Hərb tariximiz”, “Qədim döyüş silahları”, “Hərbi terminlər”, “Müasir hərbi arsenalımız”və digər rubrikalarla dinləyicilərin görüşünə gələn “Ordunun Səsi Radiosu" “YouTube” platformasında fəaliyyətə başladığı gündən bu günədək 260 dəfə canlı yayımda olub, 500-dən çox material yerləşdirilib.
Bu gün “Ordunun Səsi Radiosu"nun “YouTube” platformasındakı fəaliyyətinin bir ili tamam olur.
Digər xəbərlər