NAXÇIVAN :

03 Oktyabr 2026, Şənbə

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

...

Türk Dövlətləri Təşkilatının əsasını qoyan Naxçıvan Sazişinin 17-ci ildönümündə Türk Dövlətlərinin Əməkdaşlıq Gününü qürur və coşqu ilə qeyd edirik.
"Şərq qapısı" xəbər verir ki, bu ifadə Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) 3 Oktyabr - Türk Dövlətlərinin Əməkdaşlıq Günü ilə bağlı açıqlamasında yer alıb.
“Ortaq tariximizdən, dilimizdən və qədim qardaşlıq bağlarımızdan aldığımız güclə türk dövlətlərinin malik olduğu insan, iqtisadi və strateji potensialı ortaq rifahımıza çevirməyə, əməkdaşlığımızı və inteqrasiyamızı daha yüksək səviyyələrə daşımaqda qətiyyətliyik.
Türk Əsrini birlik və həmrəylik içində qururuq”, - deyə açıqlamada bildirilir.

Nəşr edilib : 03.10.2026 11:40