MEDİA onlayn media subyektlərinə dəstək üçün müsab...
14:24 05.05.2026
0
0
0
Bu vaxtadək 2 mindən çox kiçik və orta sahibkarlıq subyektlərinin müxtəlif sahələrdə ixtisaslaşmış yerli və xarici sərgilərdə iştirakına dəstək olmuşuq.
"Şərq qapısı" xəbər verir ki, bunu “Caspian Agro Week”in açılışı zamanı çıxışında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
KOBİA-nın İdarə Heyətinin sədri bildirib ki, kiçik və orta biznes subyektlərinin satış imkanlarının genişləndirilməsi məhsul və xidmətlərin tanıdılmasına öz töhfəsini verir.
“Bu, KOBİA-nın əsas fəaliyyət istiqamətlərindəndir. 2018-ci ildən etibarən KOBİA 2 mindən çox kiçik və orta sahibkarlıq subyektlərinin müxtəlif sahələrdə ixtisaslaşmış yerli və xarici sərgilərdə iştirakına dəstək olub. Kənd təsərrüfatı və qida sektoru ölkə istisadiyyatının, xüsusilə də qeyri-neft sektorunun vacib sahələrindən biridir. Ötən müddət ərzində ölkəmiz bu sahədə müxtəlif uğurlara imza atıb”, - deyə Orxan Məmmədov qeyd edib.
Digər xəbərlər