NAXÇIVAN :

15 Sentyabr 2026, Çərşənbə axşamı

Ötən gün 48 cinayətin açılması təmin olunub

...

Sentyabrın 14-də ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 151, o cümlədən borclu şəxs qismində axtarışda olan 123 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eləcə də ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 4 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.

Eyni zamanda, narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.

Həmçinin qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən olunub. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 qumbara, 8 tüfəng, 1 patron darağı və 30 ədəd patron aşkar edilərək götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər də saxlanılıb.

Nəşr edilib : 15.09.2026 10:57