NAXÇIVAN :

15 Sentyabr 2026, Çərşənbə axşamı

Naxçıvanda sinif rəhbərlərinin iştirakı ilə tədris-metodiki toplanışlar keçirilib

...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə və əməliyyat planlaşdırma işinin təşkili idarəsi tərəfindən yeni tədris ilinə hazırlıqla bağlı Naxçıvan şəhəri və rayonların tam orta məktəblərinin direktorları, tədris hissə müdirləri, hərbi rəhbərləri və 2, 5, 6-cı sinif rəhbərlərinin iştirakı ilə tədris-metodiki toplanışlar keçirilib.

Fövqəladə Hallar Nazirliyindən "Şərq qapısı"na verilən məlumata görə, toplanışlar zamanı məktəblərdə mülki müdafiə işinin təşkili, dərslərin keçirilmə metodikası, sənədlər toplusunun hazırlanması və icra olunmasında tədris hissə müdirlərinin rolu, yeni metod və üsullarla şagirdlərə öyrədilməsinin zəruriliyi və digər mühüm tədbirlərin keçirilməsi ilə bağlı iştirakçılara məlumatlar verilib.
Mülki müdafiəyə dair seminar, təlim, məşq və açıq dərslərin keçilməsi, şagirdlərə mülki müdafiə biliklərinin əyani şəkildə öyrədilməsinin vacibliyi diqqətə çatdırılıb, müəllimlərə bu sahədə metodiki köməklik göstərilib.

Tədris-metodiki toplanışlarda iştirak edən dinləyicilərə fərdi mühafizə vasitələrindən istifadə, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, təxliyə planlarının hazırlanması qaydaları, mülki müdafiə, yanğın və texniki təhlükəsizlik tədbirləri haqqında ətraflı məlumatlar verilib, mövzularla bağlı hazırlanan fotoslayd və videoçarxlar nümayiş olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Toplanışlarda, həmçinin təhsil müəssisələrində keçirilən yoxlamaların nəticələri müzakirə olunub, fərqlənənlər mükafatlandırılıb və növbəti tədris ilində qarşıda duran hədəflər müəyyənləşdirilib.

Nəşr edilib : 15.09.2026 10:52