NAXÇIVAN :

03 May 2026, Bazar

Ötən gün 77 cinayətin açılması təmin edilib

...

Fevralın 5-də ölkə ərazisində qeydə alınan 68, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 138, o cümlədən borclu şəxs qismində axtarışda olan 100, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 15 və dələduzluğa görə axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqədar 31 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 21 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 28 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 2 qumbara, 21 tüfəng, 5 patron darağı, 1168 ədəd müxtəlif çaplı patron və 10 mərmi aşkar edilərək götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər də saxlanılıb.

Nəşr edilib : 06.02.2026 10:50