UNEC və Özbəkistan universitetləri arasında ikili ...
14:16 25.08.2026
0
0
0
Avqustun 24-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə, ümumilikdə 120, o cümlədən borclu şəxs qismində axtarışda olan 105 nəfər, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər, dələduzluğa görə axtarışda olan 8 nəfər aidiyyəti üzrə təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilib.
Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 patron darağı və 6 ədəd müxtəlif çaplı patron aşkar edərək götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.
Digər xəbərlər