NAXÇIVAN :

31 Iyul 2026, Cümə

Ötən gün narkotiklərlə əlaqəli 14 fakt müəyyən olunub

...

İyulun 30-da ölkə ərazisində qeydə alınan 50 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 107, o cümlədən borclu şəxs qismində axtarışda olan 77, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 və dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 1,3 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Eləcə də kultivasiya yolu ilə yetişdirilmiş 63 çətənə kolu aşkarlanaraq götürülüb, yabanı halda bitmiş 2,1 ton çəkidə 1108 çətənə kolu aşkarlanaraq məhv edilib.

Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən olunub. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 9 tüfəng, 2 patron darağı və 17 patron aşkar edilərək götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər də saxlanılıb.

Nəşr edilib : 31.07.2026 11:07