NAXÇIVAN :

14 Sentyabr 2026, Bazar ertəsi

Ötən həftə zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb

...

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən sentyabrın 7-13-də icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.

ANAMA-dan bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 113, tankəleyhinə 19 mina və 426 partlamamış digər hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib, 1348,9 hektar ərazi mina və partlamamış digər hərbi sursatdan təmizlənib.

Nəşr edilib : 14.09.2026 13:30