Sentyabrın müavinət, təqaüd və ünvanlı sosial yard...
17:44 25.09.2026
0
0
0
Pensiyaların və pensiya kapitalının indeksasiya mexanizmi təkmilləşdirilərək diferensial yanaşma təklif olunur. Ortaaylıq əməkhaqqına qədər olan pensiyalara, habələ minimum pensiya təminatına imkan verən pensiya kapitallarına indeksasiya faizi tam məbləğdə tətbiq edilməsi, daha yüksək məbləğlərə isə 0,2 və 0,5 əmsallarının tətbiq edilməsi müəyyən edilir.
"Şərq qapısı" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında", "Hərbi qulluqçuların statusu haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli və "Diplomatik xidmət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edərkən deyib.
O bildirib ki, aylıq pensiya əlavəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilir və dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Komitə sədri qeyd edib ki, yeni yanaşmanın əsas məqsədi qeyd edilən kateqoriyalara aid şəxslərin pensiya sisteminin təkmilləşdirilməsi, dayanıqlı sosial təminatla əhatə olunma, pensiya təyinatının daha sadə, şəffaf, elektron və sosial sığorta prinsiplərinə əsaslanan mexanizmə keçirilməsidir.
Digər xəbərlər