Müasirlik, yoxsa özgələşmə?
14:27 11.09.2026
0
0
0
"Azərbaycan-Türkiyə münasibətlərində enerji əməkdaşlığı güclü strateji məzmun qazanıb".
"Şərq qapısı" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Azərbaycan-Türkiyə 5-ci Enerji Forumunda çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, birgə enerji layihələri Azərbaycan-Türkiyə tərəfdaşlığının mühüm strateji istiqamətlərini və geniş coğrafiyasını nümayiş etdirir.
Onun sözlərinə görə, SOCAR-Türkiyə, İstanbul hava limanlarında yanacaq doldurma xidmətləri göstərən şirkətlər və digər layihələr enerji əməkdaşlığının mühüm istiqamətlərindəndir.
Qeyd olunub ki, Türkiyədə yeni neft-kimya güclərinin yaradılması, eləcə də enerji sahəsində yeni layihələrin həyata keçirilməsi iqtisadi əlaqələri genişləndirərək iki ölkə arasında enerji inteqrasiyasını daha da möhkəmləndirir.
Digər xəbərlər