Nazir: PISA bizim üçün güzgüdür
15:11 11.09.2026
0
0
0
NAXÇIVAN :
11 Sentyabr 2026, Cümə
Türkiyə və Türk dünyası ilə dil inteqrasiyasını gücləndirəcək Ortaq Əlifba ilə bağlı çalışmalara uyğun olaraq Özbəkistan Ali Məclisi Senatının latın əlifbasına keçid prosesi çərçivəsində Özbək Əlifbasına dair yeni tənzimləməni qəbul etməsindən böyük məmnunluq duyuruq.
"Şərq qapısı" xəbər verir ki, bu fikirləri mövzu ilə bağlı açıqlamasında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu ifadə edib.
Qəbul edilən yeni dəyişikliyin mürəkkəb hərflərin əvəzinə daha praktik və Ortaq Türk Əlifbası ilə tam uyğun simvolların gətirilməsini təmin etdiyini bildirən Zorlu qeyd edib ki, buna görə yeni tənzimləmə ilə mövcud əlifbadakı 26 hərf və 3 hərf birləşməsinin yerini 28 hərf və bir apostrof alacaq. İslahatın ən böyük yeniliyi isə yazılması və kompüter mühitində istifadəsi çətin olan ikisimvollu hərflərin bir simvolla əvəz edilməsi olacaq.
“Türkiyə olaraq dil birliyimizi gücləndirəcək işlərə böyük əhəmiyyət veririk. Belə ki, Prezidentimiz Rəcəb Tayyib Ərdoganın təşəbbüsü ilə Ortaq Əlifba ilə hazırlanan ilk əsər ötən il oktyabrın 7-də dəyərli dövlət başçılarına təqdim edilib. Təxminən 40 milyon əhalisi və strateji mövqeyi ilə son 10 ildə bir çox sahədə ciddi sıçrayış göstərən Özbəkistanın bu istiqaməti Türk dünyası baxımından olduqca qiymətlidir. Bu vəsilə ilə sözügedən qərarın memarı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təşəkkürümüzü bildirir, qardaş Özbəkistana və Türk dünyasına xeyirli olmasını diləyirəm”, - deyə Kürşad Zorlu bildirib.
Digər xəbərlər