Bölgələrdə sertifikatlı toxum satışı təşkil olunac...
20:35 02.11.2026
0
0
0
Qazaxıstanın ekologiya və təbii sərvətlər naziri Alibek Kuantırov Dünya Bankının Qazaxıstan üzrə direktoru Andrey Mixnev ilə Xəzər və Aral dənizlərinin ekoloji problemlərini, eləcə də birgə layihələrin həyata keçirilməsi perspektivlərini müzakirə edib.
"Şərq qapısı" Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadla xəbər verir ki, görüşdə Xəzər suitisinin qorunmasına və Aralətrafı ərazilərdə toz fırtınalarına qarşı mübarizəyə xüsusi diqqət yetirilib. Qeyd olunub ki, Aral dənizinin qurumuş dibində 1,1 milyon hektar ərazidə saksaul ağacı əkilib.
Görüşdə qarşıdan gələn COP31 iqlim konfransına hazırlıq məsələləri də müzakirə olunub. Dünya Bankı “Xəzərin dostları: regional təşəbbüslərdən birgə fəaliyyətə doğru” adlı xüsusi sessiyada iştirakını təsdiqləyib.
Digər xəbərlər