NAXÇIVAN :

07 Oktyabr 2026, Çərşənbə

Prezident İlham Əliyev: İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

...

Azərbaycanı inkişaf etməkdə olan kiçik ada dövlətlərindən minlərlə kilometr məsafə ayırsa da, bizi iqlim dəyişmələrinə dayanıqlılığı artırmaq üçün ortaq qətiyyət birləşdirir.

"Şərq qapısı" xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Ficidə keçirilən 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciətində yer alıb.

“Biz həmişə inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə həmrəy olmuşuq və dayanıqlı inkişafa nail olmaq, iqlim dəyişmələri ilə mübarizə aparmaq səylərində onları dəstəkləməyə davam edəcəyik”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Nəşr edilib : 06.10.2026 15:58