NAXÇIVAN :

28 Iyul 2026, Çərşənbə axşamı

Milli Məclis Vergi Məcəlləsinə dəyişiklikləri qəbul edib

...

Parlament Vergi Məcəlləsinə təklif edilən dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib.

"Şərq qapısı" xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin iyulun 13-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsi neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektor təmsilçilərinə ƏDV-nin depozit hesabından Dövlət Sosial Müdafiə Fonduna vəsait köçürmək imkanının yaradılması məqsədilə hazırlanıb.

Layihəyə əsasən, 2027-ci il yanvarın 1-dən 4 il müddətinə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyiciləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və şərtlərlə ƏDV-nin depozit hesabından Dövlət Sosial Müdafiə Fonduna vəsait köçürülə bilər.

Nəşr edilib : 13.07.2026 11:32