NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Prezident İlham Əliyev: Naxçıvandan Qarsa qədər Türkiyənin dəmiryolları şəbəkəsinə tam bağlantı olacaq

...

Bildiyiniz kimi, ötən il Qars-Naxçıvan dəmir yolunun tikintisi ilə bağlı Türkiyə tərəf qərar qəbul etmişdir. Və beləliklə Naxçıvandan Qarsa qədər və faktiki olaraq Türkiyənin dəmiryolları şəbəkəsinə tam bağlantı olacaq.
"Şərq qapısı" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib.
Dövlət başçısı qeyd edib ki, bu da çox önəmli layihə sayılmalıdır. Çünki mütləq Naxçıvanı Türkiyə ilə birləşdirə biləcək dəmiryolu olmalıdır və bütün bu layihələr  koordinasiya şəkilində təbii ki, aparılmalıdır.

Nəşr edilib : 05.01.2026 22:42