NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Prezident İlham Əliyev: Tramp marşrutu regionda sülhü gücləndirəcək

...

Tramp marşrutu nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, eyni zamanda, çox etibarlı, təhlükəsiz qaydada böyük daşımalar dəhlizinə çevriləcək. O, Azərbaycan ərazisi, Ermənistan vasitəsilə Asiyanı Avropa ilə birləşdirəcək və digər qonşular da burada iştirak edəcəklər.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ABŞ-ın Vitse-Prezidenti Ceyms Devid Vens ilə mətbuata birgə bəyanatında bildirib.

Dövlətimizin başçısı deyib ki, bu da, ümumiyyətlə, regionda sülhü gücləndirəcək.

Nəşr edilib : 10.02.2026 19:29