NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb

...

Gürcüstan mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərinə səfərindən silsilə materiallar yayıb.

"Şərq qapısı" xəbər verir ki, Gürcüstanda Azərbaycan dilində nəşr olunan yeganə dövlət qəzeti olan “Gürcüstan” qəzetində, 1tv.ge, “qafqazturk.com”, “radiotavisupleba.ge” portallarında, “1.tv” televiziya kanalında Azərbaycan Prezidentinin “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimiində iştirakı, eləcə də səfər çərçivəsində keçirdiyi görüşlərdən silsilə informasiyalar yayıblar.

Materialların əksəriyyəti AZƏRTAC-a istinadla verilib.

Nəşr edilib : 05.02.2026 14:54