NAXÇIVAN :

28 Noyabr 2026, Şənbə

Prokuror: Məişət zorakılığı 10 ayda 23 qadının həyatına son qoyub

...

2026-cı ilin ilk 10 ayında Azərbaycanda məişət zorakılığı zəminində 23 qadın həyatını itirib.

"Şərq qapısı" xəbər verir ki, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Kamran Ağayev “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına həsr olunmuş konfransda çıxışı zamanı deyib.

O bildirib ki, cari ildə məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində həyatını itirən qadınların sayı ötən illə müqayisədə azalıb.

“2025-ci ildə ölkədə məişət zorakılığı ilə bağlı 1403 zərərçəkmiş qeydə alınıb, onlardan 40-ı həyatını itirib. 2026-cı ilin 10 ayında isə bu kateqoriyadan olan zərərçəkmişlərin sayı 1123 nəfər olub. Onlardan 931-i qadındır, 23 qadın isə həyatını itirib”, - deyə K.Ağayev əlavə edib.

Nəşr edilib : 25.11.2026 17:04