NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Qafqaz Universitetləri Birliyinin rəhbəri: Azərbaycanın şaxələnən enerji siyasəti Türk dünyası üçün həyati əhəmiyyət daşıyır

...

Azərbaycan hər gün inkişaf edir, böyüyür və bölgədə təsirli bir aktora çevrilmək yolunda sürətlə irəliləyir. Azərbaycan rəhbərliyinin yeniliyə və dialoqa açıq olması onun strateji bir dövlət kimi ön plana çıxmasını təmin edir. Asiya, Avropa və Yaxın Şərq ticarətində fəal rol oynayan Azərbaycan Suriyadakı münaqişənin sona çatması ilə üzərinə yeni missiyalar götürə biləcək güclü mövqe qazanıb.
"Şərq qapısı" xəbər verir ki, bu fikirləri Qafqaz Universitetləri Birliyinin rəhbəri, professor Ramazan Korkmaz deyib.
O, bildirib ki, beynəlxalq siyasətdə nümayiş etdirdiyi ağıllı, balanslı və sabit mövqeyi Azərbaycanı enerji sektorunda strateji aktora çevirib: “Qaz ticarətində əsas tərəfdaşlar olan Avropa ölkələrinə əlavə olaraq, Misir, Suriya və İordaniya kimi dövlətləri də bu prosesə cəlb etmək istəyən Azərbaycanın nüfuz dairəsini genişləndirmək arzusu onun bölgə gücünə çevrilməsi baxımından Türk Dünyası üçün də həyati əhəmiyyət daşıyır”.

Nəşr edilib : 03.08.2025 16:16