Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzi...
23:37 26.06.2025
0
0
0
NAXÇIVAN :
26 Iyun 2025, Cümə axşamı
Deyirlər ki,doğma el-obanın intizarı təkcə insanları göynətmir, sakinlərinin nəvazişinə, nəfəsinə həsrət qalmış ağacı, gülü çiçəyi də qurudur.Torpaqlarımız işğala məruz qalandan, camaatımız ata-baba yurd yerlərindən didərgin düşəndən dağlarında, düzlərində bitən güllər, ağaclarinsanların getdikləri səmtə boylana-boylana qalmışdı. Onlar da doğmalarını axtarır, mehriban hənirtisinisoraqlayırdılar. Yurdundan didərgin düşən Qarabağ atının da səssiz fəryadıgöylərə qalxırdı.
1993-cü ildə Ağdam rayonunun erməni təcavüzkarları tərəfindən işğal edilməsindən sonra Azərbaycanın milli sərvəti, yerli genofondumuzun əsaslarından olan Qarabağ atları köçkünlük həyatı yaşadı. Ağdam Atçılıq Zavodu 1994-cü ildən Ağcabədi rayonunun Xamtorpaq ərazisində fəaliyyət göstərməyə başladı.
Azərbaycanın milli sərvəti olan Qarabağ atları qədim dövrlərdən yerli atların əsasında, uzun təkamül yolu nəticəsində, əsrlərboyu aparılan хalq seleksiyası sayəsində Qarabağda formalaşıb. Qarabağ atlarının cins kimi təkmilləşdirilməsində və böyük şöhrət qazanaraq geniş yayılmasında Qarabağın xan zavodlarının əvəzsiz rolu olub. Pənahəli xanın, İbrahim xanın, Mehdiqulu xanın, Cəfərqulu xanın, Xurşidbanu Natəvanın və digər хan zümrəsinə daхil olan sülalələrin nümayəndələrinə məхsus zavod və tövlələrdə klassik zavod atçılığı səviyyəsində damazlıq işləri aparılıb. Qarabağın xan zavodlarında, əsasən, 4 tipə aid atlar saxlanılıb – Maymun, Qarnıyırtıq, Əlyetməz və Toxmaq.Əsasən, qızılı-kürən və kəhər rəngli, dözümlü, ortaboylu, bədən quruluşu mütənasib, ilxı şəraitinə davamlı olan Qarabağ atları bir çox beynəlxalq sərgilərdə təmsil olunub və uğurlu yerlər tutub. Məsələn, 1867-ci ildə Fransada keçirilən sərgidə “Xan” ləqəbli Qarabağ atı yüksək mükafatlar alıb, 1869-cu ildə keçirilən Ümumrusiya at sərgisində Maymun gümüş, Toхmaq bürünc medala, Хan qızı Natəvanın Əlyetməz adlı atı isə attestata layiq görülüb. Qarabağ atları Rusiyaya, həmçinin Avropanın bir sıra ölkələrinə aparılıb, at cinslərinin, o cümlədən Kabardin və Don atlarının yaxşılaşdırılmasına təsiri olub. 1956-cı ildə sovet hökuməti tərəfindən İngiltərə kraliçası II Yelizavetaya “Zaman” adlı Qarabağ atının hədiyyə edilməsi bu atların məşhurluğuna bir misaldır. 1960-1970-ci illərdə respublikada kənd təsərrüfatının ümumi inkişafı, Ağdam Atçılıq Zavodunun maddi-teхniki bazasının möhkəmləndirilməsi, cıdır yarışlarına marağın artması Qarabağ atının inkişafına münbit şərait yaradıb. Zavod yaradıldıqdan sonra cins daхilində ailə və хətlərin formalaşması, bir sıra Ümumittifaq sərgilərində və yarışlarda Qarabağ atlarının fəal iştirak etməsi məhz həmin illərə təsadüf edir.XX əsrin sonlarında Ermənistanın ölkəmizə hərbi təcavüzü Qarabağda atçılıq təsərrüfatına da ağır zərbə vurdu. 1993-cü ildə Ağdam rayonunun erməni təcavüzkarları tərəfindən işğal edilməsindən sonra Azərbaycanın milli sərvəti, yerli genefondumuzun əsaslarından olan Qarabağ atları köçkünlük həyatı yaşadı. Ermənilər Qarabağ atlarını ələ keçirmək üçün çox çalışıblar. Rayonun işğalından bir neçə gün əvvəl Qarabağ atları döyüş bölgəsindən çıхarılaraq əvvəlcə rayonun Üçoğlan kəndindəki quşçuluq fermasına, sonra Yevlaх rayonundakı “Aran” damazlıq qoyunçuluq təsərrüfatının ərazisinə, daha sonra Bakı Dövlət Cıdır Meydanına aparılıb. Lakin buranın torpağı, suyu, bitki örtüyü Qarabağ atlarının doğma yeri olan Ağdamın əvəzini verə bilməz. Burada atların fərdi saxlanması, onlara fərdi qulluq edilməsi, təlim keçilməsi, cıdıra hazırlanması üçün əlverişli şərait yoxdur. Bütün bunların nəticəsində ötən dövrdə atların xarici görünüşündə, qaçma sürətində fərqlər yaranmışdı.
Vətən savaşında qazanılan zəfərdən sonra insanlarımız kimi qədim Qarabağ atları da öz doğma yurduna qayıtdı. Azərbaycanın milli sərvəti olan Qarabağ atları hazırda öz keçmiş şöhrətinin qayıdışı dövrünü yaşayır. Həyata keçirilən tədbirlər nəticəsində Qarabağ atlarının tarixi şöhrəti özünə qaytarılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyeviştirakı ilə Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyindəki “Qarabağ Atçılıq Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Qarabağ Atçılıq Kompleksinin açılışı da bu sahədə görülən işlərindavamı kimi də qiymətləndirilir. Artıq Qarabağ atları dünya səviyyəli tədbirlərə öz doğma evindən gedir. Cıdır düzündə şahə qalxıb “Mən qayıtdım əbədi olaraq öz yurduma döndüm”, – deyir.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər