NAXÇIVAN :

01 Sentyabr 2026, Çərşənbə axşamı

Qazaxıstan Prezidenti: Bişkek sammitinin yekunları ŞƏT-i gücləndirəcək

...

Əminəm ki, Bişkek sammitinin yekunları ümumi məqsədlərə nail olunmasına yeni təkan verəcək, Şanxay Əməkdaşlıq Təşkilatını Avrasiya məkanında sabitliyin təmin edilməsinin ən mühüm dayaqlarından biri kimi daha da möhkəmləndirəcək.

"Şərq qapısı" xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bişkekdə “ŞƏT plyus” formatında keçirilən görüşdə deyib.

Qazaxıstan Prezidenti bildirib ki, ŞƏT-ə üzv ölkələrin mövqeləri və təşəbbüsləri qlobal idarəetmə mexanizmində öz layiqli əksini tapmalıdır. Qazaxıstan bu prosesə fəal dəstək göstərməyə hazırdır.

Nəşr edilib : 01.09.2026 15:10