NAXÇIVAN :

05 Avqust 2026, Çərşənbə

Trans-Xəzər fiber-optik rabitə xəttinin tikintisinin əsas mərhələsi başa çatıb

...

Qazaxıstanda telekommunikasiya sahəsində ən iri infrastruktur layihələrindən birinin - Xəzər dənizinin dibi ilə çəkilən Trans-Xəzər sualtı fiber-optik rabitə xəttinin dəniz hissəsinin tikintisi başa çatıb.

"Şərq qapısı" Qazaxıstan Baş nazirinin rəsmi informasiya resursuna istinadla xəbər verir ki, sualtı kabel Qazaxıstan sahilinə uğurla çatdırılıb. Bununla da “Qazaxtelekom” SC və “AzerTelecom International” şirkətinin həyata keçirdiyi layihənin ən mürəkkəb hissəsi tamamlanıb.

Aktau–Sumqayıt marşrutu Qazaxıstanın və Azərbaycanın rəqəmsal infrastrukturunu birləşdirəcək, Asiya ilə Avropa arasında məlumatların yüksək sürətlə birbaşa ötürülməsini təmin edən dəhlizə çevriləcək. Layihə beynəlxalq rabitənin etibarlılığını artıracaq və iki ölkənin tranzit potensialını gücləndirəcək.

Nəşr edilib : 05.08.2026 17:05