Kamran Əliyev: Azərbaycanın və Rusiyanın prokurorl...
17:36 29.10.2026
0
0
0
Qazaxıstan ilk dəfə olaraq 6-cı MDB Alimləri Forumuna ev sahibliyi edir. Tədbirdə Azərbaycan da daxil olmaqla səkkiz ölkədən elmi ictimaiyyətin nümayəndələri bir araya gəlirlər.
"Şərq qapısı" Qazaxıstan Milli Elmlər Akademiyasına istinadla xəbər verir ki, akademiyanın 80 illik yubileyi ilə üst-üstə düşən forum “Süni intellekt dövründə elm: Əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusuna həsr olunub.
Qazaxıstan Milli Elmlər Akademiyasının prezidenti Axılbek Kurişbayev süni intellektin elmi tədqiqatların imkanlarını genişləndirdiyini, lakin elmi metodu, tənqidi düşüncəni və alimlərin məsuliyyətini əvəz etmədiyini vurğulayıb.
İki gün davam edəcək forum çərçivəsində süni intellektin təhsil, tibb, kənd təsərrüfatı və digər sahələrdə tətbiqi ilə bağlı tematik dəyirmi masalar, eləcə də MDB Ölkələrinin Fundamental Elm üzrə Əməkdaşlıq Şurasının 14-cü iclası keçiriləcək.
Tədbirin yekunlarına dair birgə tədqiqatların və beynəlxalq elmi əməkdaşlığın inkişafı üçün tövsiyələrin qəbul edilməsi gözlənilir.
Digər xəbərlər