Dövlət Xidməti mədəni irs üzrə ən yaxşı data innov...
22:18 20.04.2026
0
0
0
“Yenidən Macarıstanda olmaq xoşdur”.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində səfərdə Macarıstanın “Ferensvaroş” klubuna qarşı keçirəcəkləri ilk oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
O, istəkli komandaya qarşı oynayacaqlarıni bildirib: “Rəqib də Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmaq istəyir. Bizi çətin görüş gözləyir. Yaxşı mübarizə aparıb, Bakıya uğurlu nəticə ilə dönmək istəyirik”.
Qeyd edək ki, avqustun 19-da keçiriləcək “Ferensvaroş” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cavab qarşılaşması avqustun 27-də Bakıda olacaq.
Digər xəbərlər