Türkiyədə təyyarədə bomba olması barədə həyəcan si...
23:51 05.10.2026
0
0
0
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Qırğızıstan parlamentinin sədri Marlen Mamataliyev ilə görüşüb.
Bu barədə qurumdan məlumat verilib.
Bildirilib ki, görüş zamanı oktyabrın 19–20-də Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək TÜRKPA-nın 15-ci plenar iclası ilə bağlı fikir mübadiləsi aparılıb, tədbirin hazırlıq prosesi ilə əlaqədar müxtəlif məsələlər müzakirə edilib.
TÜRKPA Baş katibi ötən bir il ərzində görülən işlər, plenar iclasa hazırlıq vəziyyəti, üzv ölkələrin parlament sədrlərinin, eləcə də əməkdaşlıq təşkilatlarının rəhbərlərinin tədbirdə iştirakı ilə bağlı məlumat verib.
Marlen Mamataliyev isə ev sahibi ölkə qismində Qırğızıstan Xarici İşlər Nazirliyi ilə birgə plenar iclasın və assambleya şurasının iclasının keçirilməsi ilə bağlı zəruri hazırlıq işlərinin ən yüksək səviyyədə həyata keçirildiyini qeyd edib.
O, bundan sonra da Qırğızıstan parlamentinin TÜRKPA-nın fəaliyyətinə hərtərəfli dəstəyini davam etdirəcəyini vurğulayıb.
Digər xəbərlər