Efiopiyanın Baş naziri Sahibə Qafarova ilə ikitərə...
14:43 29.07.2026
0
0
0
NAXÇIVAN :
29 Iyul 2026, Çərşənbə
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin təşkilatçılığı və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə həyata keçirilən “Şəhid övladlarının intellektual inkişaf proqramı” layihəsi çərçivəsində təşkil olunan yay düşərgəsinin tərəfdaşlarından olan Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova düşərgə ilə bağlı fikirlərini bizimlə bölüşüb. O bildirib ki, Naxçıvan Muxtar Respublikasında şəhid ailələri və şəhid övladlarının sosial müdafiəsinin gücləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili və hərtərəfli inkişafının dəstəklənməsi istiqamətində ardıcıl layihələr həyata keçirilir. Onun sözlərinə görə, ikigünlük yay düşərgəsi də həmin layihələrin tərkib hissəsidir.
Komitə sədri qeyd edib ki, düşərgə proqramı iştirakçıların yeni bilik və bacarıqlar qazanması, komanda şəklində işləməsi, yeni dostluqlar qurması və mənalı istirahət etməsi üçün geniş imkanlar yaradıb. İntellektual oyunlar, maarifləndirici görüşlər, idman yarışları və ekskursiyalar uşaqların inkişafına xidmət edən əsas fəaliyyətlər sırasında yer alıb.
Ramilə Seyidova vurğulayıb ki, şəhid ailələrinə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu kimi layihələrin davamlı təşkili şəhid övladlarının cəmiyyətə inteqrasiyasına, onların potensialının inkişafına mühüm töhfə verir.
Digər xəbərlər