Milli Məclisin deputatları Rusiyada parlament seçk...
12:24 17.09.2026
0
0
0
Tarixi-dini abidələri bərpa etdikdən sonra onları necə qorumalı və yaşatmalıyıq? Burada nəzərə alınması son dərəcə vacib olan bir məqam da var: hər abidənin öz tarixi, özünəməxsus mənəvi məzmunu və cəmiyyətdəki yeri nəzərə alınmalıdır. Xüsusilə məscid, ziyarətgah, türbə və digər tarixi məkanlara münasibətdə bu məsələ daha həssas yanaşma tələb edir.
"Şərq qapısı" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov "Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər" adlı konfransda çıxış edərkən deyib.
“Çünki onlar həm mədəni irs nümunəsi, həm də insanların dini və ictimai həyatının bir parçasıdır. Məhz bu baxımdan yanaşdıqda, tarixi-dini abidənin bərpası prosesin sonu deyil, yeni bir mərhələnin başlanğıcıdır. Bu mərhələdə aidiyyəti dövlət qurumlarının, mütəxəssislərin və dini icmaların əlaqələndirilmiş fəaliyyətinə ehtiyac yaranır”, - deyə komitə sədri əlavə edib.
Digər xəbərlər