NAXÇIVAN :

30 Iyul 2026, Cümə axşamı

Rəcəb Tayyib Ərdoğan: Türkiyə Livanı dəstəkləməyə hazırdır

...

Türkiyə BMT sülhməramlı qüvvələrinin bu ölkədən çıxarılmasından sonra Livanın suverenliyinin təmin edilməsinə yönəlmiş bütün təşəbbüslərdə iştirak etməyə hazırdır. Livan Ankaranın Yaxın Şərqdə yaratmağa çalışdığı sülh, sabitlik və əməkdaşlıq atmosferindən ən çox faydalanacaq dövlətlər sırasındadır.

"Şərq qapısı" xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Livan Prezidenti Cozef Aun ilə birgə mətbuat konfransında deyib.

Türkiyə dövlətinin başçısı Ankaranın Beyruta bütün mümkün humanitar və texniki yardımı göstərməyə davam edəcəyini və Livan Silahlı Qüvvələrinin gücləndirilməsinə dair atılan addımları dəstəkləyəcəyini vurğulayıb.

O, regionda son eskalasiya mərhələsində 4300-dən çox livanlının öldürüldüyünü xatırladıb: “Gərginliyin başlanğıcından bəri Ankara Livanda zorakılıq aktlarına ən sərt reaksiya verən ölkələrdən biri olub”.

Türkiyə Prezidenti əlavə edib ki, Livan ilə Suriya arasında inkişaf edən dialoqun dərinləşdirilməsi hər iki ölkənin xalqlarına fayda verəcək.

Nəşr edilib : 30.07.2026 22:39