İrakli Kobaxidze: Azərbaycanla danışıqlar nəticəsi...
00:06 29.11.2026
0
0
0
NAXÇIVAN :
29 Noyabr 2026, Bazar
Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində yaşayan Rəhimovlar ailəsinin evliliklərinin 60 illiyi qeyd olunub.
“Şərq qapısı” xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Anar Babayev ailəyə uzun və firavan ömür arzulayaraq bildirib ki, 60 illik birgə həyat, sadəcə, təqvim göstəricisi deyil, böyük sevgi, qarşılıqlı hörmət və sədaqətin təcəssümüdür. O qeyd edib ki, Azərbaycan xalqı hər zaman möhkəm ailə dəyərləri ilə seçilib və belə nümunəvi ailələrin ziyarət olunması, onların həyat təcrübəsinin gənc nəslə çatdırılması xüsusi əhəmiyyət daşıyır. Vurğulayıb ki, ailə nə qədər sağlam və güclü olarsa, dövlət də bir o qədər qüdrətli olar.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi ailə siyasəti bu gün də Azərbaycanda uğurla davam etdirilir. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət və qayğı göstərilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Komitə sədri muxtar respublikada da uzunömürlü və nümunəvi ailələrin kifayət qədər olduğunu diqqətə çatdıraraq belə ailələrin həyat yolunun gənclər üçün örnək təşkil etdiyini vurğulayıb.
Tədbirdə Rəhimovlar ailəsinin həyat təcrübəsi dinlənilib, ailə üzvləri ilə səmimi söhbət aparılıb. Ailənin başçısı Sadiq Rəhimov və həyat yoldaşı Gülü Rəhimova onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, hazırda onların 3 övladı, 6 nəvəsi və 7 nəticəsi var. Tədbirin sonunda Naxçıvan Şəhər İcra Hakimiyyəti və komitə tərəfindən Rəhimovlar ailəsinə hədiyyələr və gül buketi təqdim olunub.
Digər xəbərlər