Misir televiziyasında Bakıda keçiriləcək Ümumdünya...
20:25 04.05.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Mədəniyyət, Təhsil nazirlikləri və Rəssamlar Birliyi tərəfindən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən “Rənglərdə yaşayan şəhərlər” adlı rəsm müsabiqəsi başa çatıb. Yeniyetmə və gənclər arasında “Xəyalındakı şəhərin rəsmini çək!” devizi ilə keçirilən müsabiqə iştirakçıların yaradıcılıq potensialının üzə çıxarılması, onların şəhərlərə baxışının və gələcək təsəvvürlərinin incəsənət vasitəsilə ifadə olunmasına şərait yaradılması məqsədi daşıyıb.
Mayın 4-də müsabiqə çərçivəsində mükafatlandırılma və sərgi təşkil olunub. Bəhruz Kəngərli adına Sərgi Salonunda reallaşan tədbirdə təşkilatçı qurumların nümayəndələri çıxış edərək müsabiqənin məqsədi və əhəmiyyəti, o cümlədən gənclərin yaradıcılıq fəaliyyətinə göstərilən dövlət dəstəyi barədə danışıblar. Məlumat verilib ki, müsabiqəyə 82 iştirakçı tərəfindən 100-dən çox material təqdim olunub. Bu da gənclərin yaradıcı gücündən, rəssamlığa olan yüksək marağından irəli gəlir.
Sonra nəticələr elan olunub. Münsiflər heyətinin qiymətləndirməsinə əsasən 14-18 yaş kateqoriyasında Arzu Abbasova, 19-29 yaş kateqoriyasında isə Səadət Həziyeva müsabiqənin qalibi olublar. Hər iki kateqoriya üzrə ilk üç yerin sahibləri diplom, fəxri fərman və hədiyyələrlə təltif olunublar.
Tədbirin sonunda iştirakçılar müsabiqənin rəsmlərindən ibarət sərgi ilə tanış olublar.
Digər xəbərlər