NAXÇIVAN :

27 Iyun 2025, Cümə

Rəşad Məcid: "Şərq qapısı" qəzeti və Naxçıvan televiziyasının arxivləri bizim üçün də böyük məxəzdir"

...

"Dünən, xüsusən gəncləri görəndə, bizi qarşılayanda istər-istəməz mənim yadıma "Cavanlar həyatı" qəzeti düşdü. Bildiyimiz kimi, sonra bu qəzet "Şərq qapısı" qəzetinə çevrildi və Azərbaycanda uzun müddət, demək olar ki, fasiləsiz çıxan mətbu orqandır". 
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Naxçıvanda keçirilən "Qlobal İnformasiya Mühiti və Media Trendləri" konfransı – "MEDİAFEST-2025"də çıxışı zamanı Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.
O qeyd edib ki, Ümummilli Liderin "Şərq qapısı" qəzeti  haqqında dediyi fikirlərin şahidiyik və xüsusən də 1990-1993-cü illərdə Ümummill Liderin Naxçıvanda fəaliyyət göstərdiyi dövrdə "Şərq qapısı"nın, Naxçıvan televiziyasının yaratdıqları salnamələr onların arxivlərində qorunur. "Şərq qapısı" qəzeti və Naxçıvan televiziyasının arxivləri bizim üçün də  böyük məxəzdir və  Ümummilli Liderin  şəxsiyyətini daha yaxından tanımaqda böyük rol oynayır.

Nəşr edilib : 30.05.2025 12:19