Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Ko...
17:26 31.07.2026
0
0
0
2026-cı ildən etibarən I ixtisas qrupunun riyaziyyat–informatika (Rİ) altqrupu üzrə iki yeni ixtisas 150 ballıq ixtisasların siyahısına əlavə olunub.
"Şərq qapısı" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, kompüter mühəndisliyi və informasiya texnologiyaları ixtisasları üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsində ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə biləcəklər.
Məleykə Abbaszadə bildirib ki, bu dəyişiklik riyaziyyat–informatika altqrupu üzrə 150–200 bal aralığında nəticə göstərən abituriyentlərin seçim imkanlarını genişləndirəcək.
Digər xəbərlər