DYP sürücülərə müraciət edib
09:40 06.12.2025
0
0
0
“Konstitusiya və Suverenlik İli" çərçivəsində Zəfər Günü münasibətilə Şahbuz Rayon İcra Hakimiyyətinin və Şahbuz Rayon Mədəniyyət Şöbəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Xəyalə Baxışlı açaraq Zəfər Gününün xalqımız üçün tarixi və mənəvi əhəmiyyətindən danışıb.
Daha sonra Şahbuz Rayon Mədəniyyət Şöbəsinin məsləhətçisi, şöbə müdiri vəzifələrini müvəqqəti icra edən Elvin Səfərov, Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Xavər Ələsgərli və Şahbuz Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı Kifayət Əliyeva çıxış edərək Zəfər Gününün dövlətçilik tariximizdəki rolu, şəhidlərimizin qəhrəmanlığı və xalqımızın birliyi haqqında fikirlərini bildiriblər.
Sonda tədbir iştirakçıları Zəfər Gününün yaratdığı milli qürur və iftixar hisslərini bölüşüblər.
Digər xəbərlər