NAXÇIVAN :

23 Iyul 2026, Cümə axşamı

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb

...

Naxçıvan Muxtar Respublikasında qeyri-sabit hava şəraiti hökm sürür.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na bildirilib ki, muxtar respublikanın bəzi dağlıq və dağətəyi zonalarında yağıntı müşahidə olunur.
Şahbuz rayonunun Kükü kəndinə isə dolu düşüb. Dolunun diametri 1 santimetr təşkil edib.

Nəşr edilib : 09.06.2026 20:27